image-reklam-veteninfo
image-1backend

ABŞ İranın cənubuna raket zərbələri endirib

image-reklam-veteninfo

Fox News müxbiri Jennifer Griffin X sosial şəbəkəsində bildirib ki , ABŞ ordusu İranın cənubunda mina yerləşdirməyə çalışan raket buraxılış məntəqələrinə və qayıqlara zərbələr endirib.
Vətəninfo.az xəbər verir ki, o yazıb: “Bu gün ABŞ qüvvələri hərbçilərimizi İran qüvvələrinin təhdidlərindən qorumaq üçün İranın cənubunda özünümüdafiə zərbələri endirib. Hədəflər arasında raket buraxıcıları və mina yerləşdirməyə çalışan İran qayıqları var idi”.

Yüksək vəzifəli bir Amerika rəsmisinin jurnalistə verdiyi məlumata görə, Hörmüz boğazında mina yerləşdirərkən iki İran gəmisi tutulub.

“ABŞ qüvvələri hər iki İİKK gəmisini məhv etdi və həmçinin Bəndər Abbasda ABŞ təyyarələrini hədəf alan hava hücumundan müdafiə mövqeyinə zərbələr endirdi”, – Qriffin bildirib.

Onun sözlərinə görə, bunlar müdafiə xarakterli zərbələr idi və atəşkəsin bitdiyi anlamına gəlmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki