Vətəninfo.az France24 istinadən xəbər verir ki, ABŞ hökuməti İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın keçən həftə Vaşinqtona səfər etmək xahişini rədd edib.
“Onlar bu müraciəti irəli sürdülər və Dövlət Departamenti bunu rədd etdi”, – deyə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə bildirib.
Bəyanatda deyilir:
“İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etməsini və İran hökumətinin terrorizmə sponsorluq etdiyini nəzərə alaraq, biz bu xahişin yerinə yetirilməsini nə məqsədəuyğun, nə də zəruri hesab etmirik”.