image-1backend

ABŞ İsrailə silah tədarükünü dayandırır

image-reklam_sirab_01

Qəzza zolağındakı humanitar böhran noyabrın ortalarına qədər həll olunmasa, ABŞ İsrailə silah tədarükünü dayandıracaq. Bu barədə Vətəninfo.az-ın  İsrailin “12-ci telekanalına istinadən xəbər verir.

“Birləşmiş Ştatlar İsrailə açıq mesaj göndərib ki, silah embarqosundan qaçmaq üçün Qəzza zolağındakı humanitar böhran bir ay ərzində həll edilməlidir. Nazirlər Ron Dermer və Yoav Gallant dünən bildiriblər ki, bu tələbin qeyd olunduğu bir sənəd əldə ediblər”, – mesajda deyilir.

İsrail telekanalı qeyd edir ki, Amerika administrasiyası Fələstin anklavında humanitar vəziyyətin pisləşməsindən narahatdır və yaxın bir ay ərzində vəziyyətin dəyişdirilməsi üçün təcili tədbirlər görülməsini tələb edir. Bundan əlavə, Amerika xidmətlərinin məlumatına görə, bu ilin sentyabrında bu ilin martından Qəzzaya ən kiçik humanitar yardım göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki