ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senatorlarla Kanadaya 51-ci ştat kimi qoşulmaq imkanını müzakirə edib. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN müxbiri Heyli Talbot Oklahoma ştatından senator Markveyn Mullinə istinadən məlumat verib. “Biz Kanadanın 51-ci ştat olması haqqında çox danışdıq. Əyləncəli idi”, – Talbot X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, dünən Tramp Kanada və Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu açıqlamışdı.