ABŞ Kiyev cinayətlərinin şərikinə çevrilib. Vətəninfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində Kiyevin Rusiya şəhərlərinə raket hücumları barədə danışarkən deyib.
“Amerikanın milli təhlükəsizlik strategiyasında Rusiya bilavasitə təhdid kimi qeyd olunur, ABŞ və NATO birbaşa deyirlər ki, onların məqsədi ölkəmizə “strateji məğlubiyyət” verməkdir.
Bu kontekstdə Kiyev rejiminin cinayətlərinin şərikinə çevrilmiş Ağ Evi Rusiya şəhərlərinin mülki əhalisinin taleyi maraqlandırmır”, – Lavrov bildirib.