Ukrayna silahlı qüvvələrinin davam edən əks hücumu uğursuz olarsa, ABŞ-ın Kiyevə təzyiqini artıracağı istisna edilmir. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Qəzet yazır: “Ukraynanın əks-hücum əməliyyatı uğursuzluqla başa çatarsa, Birləşmiş Ştatlar Ukraynaya təzyiqləri gücləndirə bilər”.
Mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin cüzi irəliləməsinə baxmayaraq, Ukrayna qoşunları böyük irəliləyiş əldə etməyiblər.
Daha əvvəl analitiklər Ukrayna prezidenti Vladimir Zelenskinin əks-hücum əməliyyatına başlaması ilə bağlı bəyanatının Qərb ölkələrinin, xüsusən də ABŞ-ın təzyiqi ilə bağlı olduğu fikrini bildiriblər.