ABŞ Konqresi ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsini rəsmən təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki , beləliklə, Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti olacaq.
Xatırladaq ki, 2016-cı il seçkiləri nəticəsində ilk dəfə hakimiyyətə gələn cümhuriyyət xadimi noyabrın 5-də keçirilən prezident seçkilərində yenidən qalib gəlib.
O, 19-cu əsrdən bəri əvvəlki səlahiyyət müddəti bitdikdən 4 il sonra yenidən dövlət başçısı postuna qayıdan ilk ABŞ siyasətçisi olub. Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.