ABŞ Polşaya 100-ə yaxın Apache helikopteri satacaq. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
Blaszczak X (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında yazıb : “Bizim ABŞ Konqresinin Polşaya radarları və silahları olan 96 Apache vertolyotu satmaq icazəsi var” .
“İndi biz qiymətlə bağlı danışıqlara başlayırıq. Prosedurlar başa çatana və alınan helikopterlər Polşaya çatana qədər ABŞ ordusu öz resurslarından bizə Apaçi verəcək”, – Polşanın müdafiə naziri əlavə edib.
Bundan əvvəl Blaşçak Polşanın şərq sərhədində Amerikanın “Apaçi” helikopterləri və “Abrams” tankları hesabına “aşılmaz sədd” yaratmaq niyyətində olduğunu bildirmişdi. Blaşçak aydınlaşdırıb ki, Apaçilər Polşa ordusunun Mi-24-lərini əvəz edəcək.