Vaşinqton administrasiyası Çinin Kubada təsirini genişləndirmək cəhdlərinə qarşı çıxacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.
O, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çinin ABŞ-a qarşı elektron kəşfiyyat aparmaq niyyətində olduğu iddia edilən Kubadakı obyektlərini genişləndirdiyini bildirən hesabatı şərh edərkən deyib.
“Mən bu hesabatı şərh etməyəcəyəm, təsdiqləməyəcəyəm və ətraflı məlumat verməyəcəyəm, lakin deyə bilərəm ki, biz ABŞ-ın daxili və regionda təhlükəsizlik öhdəliklərini yerinə yetirə biləcəyinə əminik.
Çin onilliklərdir Kubada fəaldır. Və biz bilirik ki, Çin Kubadakı mövcudluğunu gücləndirməyə çalışacaq və Birləşmiş Ştatlar bunun qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, – Dövlət Departamentinin nümayəndəsi əlavə edib.