image-reklam-veteninfo
image-1backend

ABŞ Maduroya görə mükafatı 50 milyon dollara qaldırdı

image-reklam-veteninfo

ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumat üçün təklif edilən mükafatın məbləğini 50 milyon dollara qədər artırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Pamela Bondi sosial şəbəkə X-də paylaşım edib.

Bondi qeyd edib ki, Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun tutulmasına gətirib çıxaracaq etibarlı məlumatlara görə 50 milyon dollar mükafat təklif edir.

Paylaşımla birgə yayımlanan videoda Bondi bildirib ki, Maduro narkotik ticarətində beynəlxalq terror təşkilatlarından istifadə edir və ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Nikolas Maduro “dünyanın ən böyük narkotik alverçilərindən biri” hesab olunur.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə, 2020-ci ilin mart ayında ABŞ Venesuela prezidentinə və bir sıra yüksək vəzifəli rəsmi şəxslərə qarşı narkotik terrorizmi ittihamı irəli sürmüş və Maduronun həbsinə və/və ya məhkum edilməsinə səbəb olacaq məlumat üçün 15 milyon dollar mükafat elan etmişdi.

Hazırda mükafat məbləği üç dəfədən çox artırılaraq 50 milyon dollara çatdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki