image-8backend

ABŞ Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcək

image-reklam_sirab_01

ABŞ hökuməti qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcək.

Vətəninfo.az xəbər verir ki, Co Bayden administrasiyası qeyri-qanuni mühacirlərin ABŞ-dan deportasiya prosesini sürətləndirən qanunun ləğvindən əvvəl sərhədə nəzarəti saxlamaq üçün əlavə 1500 hərbçi planlaşdırıb.

Qeyd olunub ki, hökumətin bu qərarı mayın 11-də başa çatacaq qanuni məhdudiyyətlərdən sonra ABŞ sərhədinə gələn qeyri-qanuni miqrantların sayında böyük artım olacağı gözləntisinə əsaslanır.

Yeni təyin olunmuş hərbi hissə 90 gün ərzində sərhəd bölgəsində inzibati vəzifə daşıyacaq və heç bir hüquq-mühafizə funksiyasını yerinə yetirməyəcək.

Qeyd edək ki, ABŞ mediasında son günlər ölkənin cənub sərhədindən hər gün təxminən 7 min qeyri-qanuni miqrantın gəldiyi və bu rəqəmin önümüzdəki həftələrdə artacağının gözlənildiyi yazılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki