Vətəninfo.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Ukrayna indi seçim etməlidir: danışıqlar nəticəsində sülh və ya münaqişəyə son qoyulması üçün müxtəlif şərtlərlə döyüş meydanında qaçılmaz məğlubiyyət.
Onun sözlərini Rusiya mətbuatı sitat gətirib.
Nə qədər ki, Kiyev müharibəni uzatmağa və ərazimizdəki yaşayış və mülki infrastruktura zərbələr endirməklə Rusiyanı təxribata çəkməyə çalışacaq, biz xüsusi hərbi əməliyyatımızı davam etdirəcəyik və Kiyev rejiminin hərbi potensialı ilə bağlı olan obyektləri məhv edəcəyik”. “Və heç bir yeni anti-Rusiya sanksiyaları, Ukraynaya silah tədarükü və Rusiyaya qarşı digər düşmən addımlar Zelenski rejiminin qaçılmaz hərbi məğlubiyyətinin qarşısını almayacaq”, – deyə rusiyalı diplomat Qərb ölkələrinin təşəbbüsü ilə çağırılan Təhlükəsizlik Şurasının iclasında bildirib.
Nebenzya qeyd edib ki, ABŞ-ın hazırkı hakimiyyəti nəhayət ki, Vladimir Zelenski rejiminin əsl üzünü və Ukrayna münaqişəsinin əsas səbəblərini görməyə başlayıb, lakin Kiyev və onun əlaltıları ABŞ prezidenti Donald Trampı aldatmaq və çaşdırmaq, nəyin bahasına olursa olsun ABŞ-ı anti-Rusiya və rusofob mövqelərə qaytarmaq istəyirlər.
O vurğulayıb ki, Rusiya Böyük Britaniyanın baş naziri Boris Consonun və onun rusofob tərəfdarlarının təhriki ilə 2022-ci ilin aprelində kəsilmiş Ukrayna ilə ciddi birbaşa danışıqlar prosesini davam etdirmək niyyətindədir.
Xatırladaq ki, mayın 16-da İstanbulda Türkiyə tərəfinin də iştirak etdiyi Rusiya-Ukrayna danışıqları keçirilib. Təxminən 2 saat davam edən görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların nəticəsindən razı qaldıqlarını açıqlayıb və Moskva və Kiyevin stabil nizamlanmaya nail olmaq üçün hər bir tərəfin mövqeyini təqdim edəcək sənədlər hazırlayacaqları barədə razılığa gəliblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 28-də iyunun 2-də İstanbulda nümayəndə heyəti səviyyəsində yeni görüş keçirməyə hazır olduqlarını açıqlayıb.