image-qazaxbackend

ABŞ ordusu-QAZAĞISTANDA

image-reklam_sirab_01

 Rusiya qoşunlarının bir hissəsi Qazaxıstandan çıxarıldıqdan sonra həmin ölkəyə amerikalı mütəxəssislər gəlib. Hərbi ekspertlər Qazaxıstan hakimiyyətinin Mərkəzi Kəşfiyyat İdarəsinin Qazaxıstan dövlətinin ərazisinə girməsinə niyə icazə verdiyini anlaya bilmir.

 

Veteninfo.az  xəbər verir ki, Amerika hərbçiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarını gətirən Amerikanın xüsusi təyyarəsi Almatıya gəlib. Bəzi ekspertlər deyirlər ki, amerikalılar Qazaxıstana öz gizli laboratoriyasının təhlükəsizliyini təmin etmək üçün gəliblər. Başqa bir fikrə görə, amerikalı ekspertlər dövlət çevrilişinə cəhdin arxasında kimin dayandığını öyrənməkdə Qazaxıstan hakimiyyətinə kömək edəcəklər. Rusiyanın “Ptoday.ru” saytının məlumatına görə isə, ABŞ ordusunun daimi əsaslarla Qazaxıstanda yerləşdiriləcəyi ilə bağlı xəbərlər də var.

 

Rəsmi olaraq, Qazaxıstan hakimiyyəti Amerika qoşunlarının və casuslarının gəlişini şərh etmir. “NetEase” isə yazır ki, ABŞ hərbçiləri və casusları Phoenix Airlines şirkətinə məxsus kiçik biznes təyyarəsi ilə Gürcüstandan Qazaxıstana gəliblər.

 

Jurnalistlər qeyd edirlər ki, rəsmi versiya ABŞ vətəndaşlarının təxliyəsidir, lakin praktiki olaraq heç bir təxliyə olmayıb və gələnlər gözdən itib. Ola bilsin ki, amerikalılar yaranmış xaosdan Rusiyanın Qazaxıstandakı təsirini azaltmaq üçün istifadə etməyə çalışsınlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki