image-reklam-veteninfo
image-3backend

ABŞ pilotsuz təyyarəsi Suriyada İŞİD liderini öldürüb

image-reklam-veteninfo

Vətəninfo.az Associated Press-ə istinadən  xəbər verir ki,  eyni MQ-9 Reaper PUA-larının Rusiya döyüş təyyarələri tərəfindən “təcavüz”ə məruz qalmasından bir neçə saat sonra Suriyada İslam Dövləti qruplaşmasının lideri öldürülüb.

ABŞ müdafiə rəsmisi bildirib ki, cümə günü üç pilotsuz təyyarə yaraqlının axtarışı üçün uçurdu və onlar təxminən iki saat ərzində Rusiya təyyarələri tərəfindən “təqib olundular”. Bundan qısa müddət sonra pilotsuz təyyarələr Hələbdə motosiklet sürən İŞİD lideri Usamə əl-Muhaciri vuraraq öldürüb, rəsmi əlavə edib.

ABŞ hərbçilərinin öldürülənin əl-Muhacir olduğuna necə əmin olduğu hələ də məlum deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki