image-1backend

ABŞ prezidenti Co Bayden seçki kampaniyasından geri çəkilmək niyyətində olmadığını açıqlayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyasından geri çəkilmək niyyətində olmadığını açıqlayıb və rəqibi Respublikaçı Donald Trampa qalib gələcəyinə söz verib.

“Televiziya debatından bəri Co-nun nə edəcəyi ilə bağlı çoxlu fərziyyələr var. O, seçki kampaniyasında iştirakını davam etdirəcək, yoxsa onu tərk edəcək? O, nə etmək niyyətindədir? Bu mənim cavabımdır: mən qalıram və qalib gəlmək niyyətindəyəm”, – deyə Bayden Viskonsin ştatında tərəfdarlarının mitinqində çıxış edərkən bildirib.

Eyni zamanda ABŞ lideri etiraf edib ki, Trampla son teledebatda heç də yaxşı çıxış etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki