Vətəninfo.az xəbər verir ki, dünən ABŞ prezidenti Donald Tramp deyib ki, İran hökuməti dərin narahatlıq və dəhşət içində, mümkün hərbi hücumun qarşısını almaq üçün razılıq əldə etməyə çalışır. ABŞ prezidenti İranın ali rəhbəri Əli Xameneyi və hökumət rəsmilərinin açıq etirazlarına baxmayaraq, bombardman etmək əvəzinə İranla yeni razılaşma əldə etməyə üstünlük verəcəyini bir daha bildirib.
“Fox News” telekanalına yenidən müsahibə verən Donald Tramp İranla bağlı fikirlərini yenidən dilə gətirib:
“Məncə, İran çox narahatdır və hətta qorxur, çünki onun müdafiə sistemi demək olar ki, məhv edilib. Ola bilsin ki, onlar yeni müdafiə sistemləri əldə etməyə çalışırlar, ancaq hələlik onların hava hücumundan müdafiə vasitələri böyük ölçüdə zərər görüb. İran çox çətin anlar yaşayıb və ağır zərbələr alıb”.