Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden dünən İrana xəbərdarlıq edərək deyib:
“İsrail və HƏMAS arasındakı münaqişəyə qarışmaqdan çəkinin. Biz bunu İrana açıq şəkildə demişdik ki, diqqətli olsun”.
“HƏMAS amansız cinayətlər törədir və İsraili günahlandırır, bu isə ağlasığmazdır”, – deyə, o, əlavə edib.
Məlumata görə, Co Bayden Ağ Evə dəvət olunmuş Amerika yəhudi icmasının bəzi liderləri ilə danışarkən İrana xəbərdarlıq etdiyini bir daha vurğulayıb.


























