image-333backend

ABŞ prezidenti üzr istəməyəcək

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarına görə üzr istəməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Jurnalistlərin Baydenin Yaponiya şəhərlərinə atılan atom bombalarına görə ABŞ adından üzr istəmək niyyətində olub-olmadığını soruşduqda, Sullivan belə cavab verdi: “Prezident Sülh Memorialında (Xirosimada) bəyanat verməyəcək”.

Onun sözlərinə görə, ABŞ lideri “Böyük Yeddilik”in digər liderləri ilə birlikdə gül dəstələri qoyacaq və digər tədbirlərdə iştirak edəcək.

“Onun (Bayden) nöqteyi-nəzərindən bu, ikitərəfli hadisə deyil. Sullivan bildirib ki, G7 liderlərindən ibarət qrup həm tarixə, həm də Xirosimada anadan olmuş Yaponiyanın baş naziri Fumio Kişidaya ehtiramlarını bildirmək üçün gələcək.

Əlavə edək ki, G7-yə bu il Yaponiya sədrlik edir. Liderlərin sammiti mayın 19-dan 21-dək baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki