ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə səfərdədir. O, Polşadan gecə qatarı ilə Ukraynanın paytaxtına gəlib.
Üç gün davam edəcək səfər zamanı o, Ukrayna prezidenti Vladimir Zelenski və digər rəsmi şəxslərlə görüşəcək.
Qeyd olunur ki, Kelloqu paytaxtın qatar stansiyasında ABŞ-ın Ukraynadakı səfiri Briсik Brink qarşılayıb. Trampın xüsusi nümayəndəsi qısa açıqlama verib:
“Biz dinləyəcəyik. Lazım olanı təmin etməyə hazırıq. Biz təhlükəsizlik zəmanətlərinin lazım olduğunu başa düşürük. Mənim missiyamın bir hissəsi də dinləməkdir. Sonra mən ABŞ-a qayıdacağam, prezident Trampla danışacağam ki, hər şeyi düzgün başa düşdüyümüzə əmin olacam”.
Xatırladaq ki, dünən Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda 4,5 saata yaxın davam edən danışıqlar aparılıb. Digər mövzularla yanaşı, Ukrayna münaqişəsinin həlli məsələsi də müzakirə olunub.