image-image_750x_651264cb9f400backend

ABŞ Putini bu tədbirə dəvət etmədi

image-reklam_sirab_01

ABŞ Rusiya Federasiyasını məlumatlandırıb ki, Vaşinqton Vladimir Putin də daxil olmaqla bir sıra liderləri San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət etməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səfiri Marat Berdiyevə istinadən məlumat yayıb.

ABŞ-da bu qərar bu liderlərə qarşı sanksiya məhdudiyyətlərinin olması ilə izah edilib. Berdiyev qeyd edib ki, Moskva Vaşinqtona sorğu göndərərək, onu KTMT prezidenti kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə və Rusiya prezidentinə dəvət göndərməyə çağırıb.

Amerika administrasiyasının belə bir qərarı, Berdiyevin fikrincə, ABŞ-ın vicdansızlığını və bu ölkənin çoxtərəfli iqtisadi əməkdaşlıq məsələlərində davamlı qarşıdurma yanaşmasını, həmçinin sırf iqtisadi forumun siyasiləşdirilməsini göstərir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml Vladimir Putinin bu ilin noyabrına planlaşdırılan KTMT-nin San-Fransisko sammitinə dəvət olunacağını gözləmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki