image-bez-nazvaniyabackend

“ABŞ Rusiya ilə Qafqazda Bakı ilə İrəvan arasında sülh oyununa girişib”

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, son günlər İran mediası Cənubi Qafqazda baş tutacağı gözlənilən Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsinə qısqanclıqla yanaşır. İran mediası bu sülhü şübhə altına alan yazılar dərc edir.
İranın “Mashregh News” saytı yazır: “Rusiyanın Bakı ilə İrəvan arasında gərginliyi azaltmaq istiqamətində diplomatik addımları ilə eyni vaxtda ABŞ da bu yöndə fəaliyyət göstərdiyini iddia edib.
Atəşkəs rejiminə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sərhəd xəttində davamlı olaraq toqquşmalar baş verir və tərəflər bir-birini atəşkəsi pozmaqda, bir-birinin mövqelərini atəşə tutmaqda ittiham edir.
Bu arada ABŞ da Rusiya ilə rəqabətdə Bakı və İrəvanla danışıqlar aparır. “ARKA” xəbər agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin Avrasiya Departamentinin müavini Rik Hoqan bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycana bir sıra təkliflər təqdim edib və hazırda onlar həmin təklifləri nəzərdən keçirirlər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki