image-reklam-veteninfo
image-1backend

ABŞ Rusiyadan  aşkarlanan infeksiya ilə bağlı məlumat tələb edir

image-reklam-veteninfo

ABŞ Rusiyadan İrkutsk vilayətində aşkarlanan və “İrkutsk infeksiyası” kimi təqdim olunan xəstəliklə bağlı əlavə məlumat tələb etməyə hazırlaşır.

“The Washington Post”un məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqtonun bununla bağlı Moskvaya rəsmi diplomatik sorğu göndərməsi planlaşdırılır.

Mənbələrin sözlərinə görə, diplomatik dildə “demarş” adlandırılan bu müraciətin əsas məqsədi Rusiyaya xəstəliklərin yayılması ilə bağlı məlumatları digər dövlətlərlə operativ şəkildə bölüşmək öhdəliyini xatırlatmaqdır.

CNN də öz mənbələrinə istinadən bildirir ki, İrkutskda Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunun əməkdaşının xəstələnməsi ABŞ administrasiyasında narahatlıq yaradıb. Bu səbəbdən Vaşinqton mümkün riskləri qiymətləndirmək, əlavə məlumat toplamaq və zəruri ictimai səhiyyə tədbirlərinə hazırlıq görmək üçün fəaliyyətini sürətləndirib.

Bununla belə, Tramp administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ kəşfiyyat və diplomatik kanallar vasitəsilə daha ətraflı məlumat əldə edənədək Rusiyaya və ya bölgədən gələn şəxslərə qarşı giriş məhdudiyyətləri kimi tədbirlərin tətbiqi nəzərdə tutulmur.

ABŞ dövlət katibi Marko Rubio da oktyabrın 6-da Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra Rusiyanı şəffaflığa çağırıb.

“Bir neçə agentlik – təkcə ABŞ-da deyil, beynəlxalq səviyyədə də – bu məsələni izləyir. Biz Rusiyanı şəffaf olmağa və hər kəsin müvafiq reaksiya verə bilməsi üçün dünya ilə daha çox məlumat paylaşmağa çağırırıq”, – Rubio bildirib.

Qeyd edək ki, “İrkutsk infeksiyası” ilə bağlı xəbərlər fonunda Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sərhəd-keçid məntəqələrində də epidemioloji nəzarətin gücləndirildiyi bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki