image-defaultbackend

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək –  Bloomberg

image-reklam_sirab_01

Bloomberg mənbələrə istinadən xəbər verir ki , ABŞ dövlət katibi Marko Rubio Avropa rəsmilərinə bildirib ki , prezident Donald Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək .​​

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Rubio bu barədə çərşənbə axşamı Amerika və Rusiya nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında görüşdən sonra bir qrup avropalı rəsmi ilə telefon danışığında bildirib .

Agentliyin yazdığı kimi , bu , ” Avropalı müttəfiqlərə bir qədər rahatlıq gətirə bilər ” .

” Rusiyaya qarşı sanksiyaların bir çoxu Avropa müttəfiqləri ilə razılaşdırılaraq tətbiq edilib . ABŞ -ın məhdudiyyətləri vaxtından əvvəl ləğv etmək qərarı Avropanın Putini hərbi maşınının maliyyələşdirilməsi üçün lazım olan puldan məhrum etmək səylərinə ciddi zərbə vuracaq “, – agentlik yazır .

Bloomberg qeyd edib ki, Dövlət Departamenti Rubionun sanksiyalarla bağlı şərhlərini şərh etməkdən imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image