ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-ın dünya üzrə səfirliklərinə işçilərin ixtisarına hazırlaşmağı xahiş edib. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.
Trampın ABŞ diplomatik korpusunu əsaslı təmir etmək səylərinin bir hissəsi olaraq, səfirliklərə həm Amerika, həm də yerli işçilərin hər birinin 10% ixtisar edilməsi imkanlarını araşdırmaq, daha sonra fevralın 14-dək işçi qüvvəsinin siyahısını Dövlət Departamentinə göndərmək, bundan sonra növbəti addımların müəyyənləşdirilməsi tapşırılıb.
ABŞ-ın dünya üzrə səfirliklərində həm diplomatlar, həm də yerli işçilər çalışırlar.
Tramp diplomatik korpusu yenidən formalaşdırmağa çalışır. Fevralın 12-də o, dövlət katibi Marko Rubioya xarici siyasət gündəliyinin “sadiq və effektiv şəkildə həyata keçirilməsini” təmin etmək üçün göstəriş verən sərəncam imzalayıb.