image-reklam-veteninfo
image-1backend

ABŞ Senatı USAID və mediaya ayrılan vəsaiti 9 mlrd azaltdı

image-reklam-veteninfo

ABŞ Senatı iyulun 17-də keçirilən iclasında USAID və mediaya ayrılan maliyyə vəsaitinin 9 milyard dollar məbləğində azaldılması qanununu təsdiqləyib.

Senatdakı respublikaçılar Prezident Donald Trampın təklif etdiyi 9 milyard dolları qaytarmaq üzrə tədbirlər paketini qəbul etmək üçün demokratların və daxili müxalifətin müqavimətini dəf ediblər. Bu barədə ABŞ telekanalları xəbər yayıb.

Qanun layihəsi Senatda 48-ə qarşı 51 səslə qəbul edilib və cümə gününə qədər onu imzalamalı olan Ağ evə göndərilib.

Bu qanun layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaitini təxminən 8 milyard dollar və daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş NPR və PBS bölmələrini maliyyələşdirən İctimai Yayım Korporasiyasının isə 1 milyard dollara yaxın azaldacaq.

Respublikaçılar qanun layihəsini federal hökumətdə israfçılığa, saxtakarlığa və sui-istifadəyə qarşı mübarizələrinin davamı kimi qiymətləndirir. Hətta ABŞ Hərbi Hava Qüvvələri Hökumətin Effektivliyi Departamenti (DOGE) ilə birgə 10,4 milyard dollardan çox vəsaitə qənaət etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki