image-reklam-veteninfo
image-trump-iran-2440353_2backend

ABŞ Senatından Trampın İrana qarşı hərbi əməliyyatlarına yaşıl işıq: Qanun layihəsi rədd edildi

image-reklam-veteninfo

ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan müharibə səlahiyyətləri haqqında qanun layihəsini rədd edib.

Vətəninfo.az xəbər verir ki, Senatda keçirilən səsvermədə sənədin əleyhinə 51, lehinə isə 48 senator səs verib.

Beləliklə, Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatları və düşmənçilik siyasətini dayandırmağa çağıran təşəbbüs respublikaçı senatorların səsləri ilə yenidən bloklanıb.

Qanun layihəsini dəstəkləyən respublikaçı senatorlar Syuzan Kollins, Liza Murkovski və Rend Pol partiyalarının mövqeyindən fərqli olaraq lehinə səs veriblər. Demokratlar arasında isə yalnız Con Fetterman sənədin əleyhinə çıxış edib.

Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq Konqres seçkilərindən sonra İranla bağlı Senata təqdim olunan ilk qətnamə də respublikaçıların səsləri nəticəsində qəbul edilməyib.

Xatırladaq ki, sentyabrın ortalarında ABŞ Nümayəndələr Palatasında Müharibə Səlahiyyətləri haqqında qanun layihəsi 220 lehinə, 204 əleyhinə səslə qəbul edilmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki