ABŞ sentyabrın 15-dək qoşunlarını Nigerdən çıxaracaq. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken mayın 21-də Konqresin Senatında keçirilən dinləmələr zamanı bildirib.
Vətəninfo.az xəbər verir ki, Blinken müxbirin ABŞ qoşunlarının sentyabrın 15-nə qədər Nigeri tərk edəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərin doğru olub-olmadığını soruşduqda “Bəli, bu doğrudur” deyib.
Onun sözlərinə görə, Amerika tərəfi digər məsələlərlə yanaşı, Amerika silahlarının Afrika dövlətinə gələn rus hərbi məsləhətçilərinin əlinə keçməsinin qarşısını almaq üçün öz əsgər və zabitlərinin Nigerdən çıxarılmasına nəzarət etmək niyyətindədir.
Martın 16-da Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ABŞ ilə hərbi razılaşmanı pozub. Onlar bu qərarı ABŞ nümayəndə heyətinin diplomatik protokola əməl etməməsi ilə izah ediblər.