ABŞ Dövlət Departamenti İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) zabiti Şəhram Pursəfi haqqında məlumat verənə 20 milyon dollara qədər mükafat verəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Pursəfi prezident Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsdin təşkilində şübhəli bilinir.
Pursəfi SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə qisas almaq üçün Boltonun başına 300 min dollar təklif edib.
Pursəfi ABŞ Maliyyə Nazirliyi tərəfindən xüsusilə təhlükəli terrorçular siyahısına daxil edilib və onu həbs cəzası gözləyir.