Birləşmiş Ştatlar silah ehtiyatlarını görünməmiş sürətlə artırmağa başlayıb .Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social kanalında bildirib .
” Hərbi liderlərimizlə indicə gözəl söhbət etdik . Bu , bizim indiyə qədər malik olduğumuz ən güclü ordudur , o cümlədən ABŞ – ın heç vaxt görmədiyi sürətlə silah yığırıq ” , – o yazıb .
Tramp ümid etdiyini bildirib ki , heç vaxt ABŞ hərbi gücündən istifadə etmək lazım olmayacaq . O , dəfələrlə Ukraynada hərbi münaqişəyə son qoyulmasının vacibliyindən danışıb .
Ağ Ev daha əvvəl Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə mümkün görüşə açıq olduğunu, lakin Moskva və Kiyev arasında ikitərəfli sülh danışıqlarına üstünlük verdiyini bildirmişdi.