Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ-ın sürətlə iflasa uğradığını elan edərək, milli borcun faiz ödənişlərinin ölkənin müdafiə büdcəsini aşdığını qeyd edib.
Vətəninfo.az xəbər verir ki, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp ötən həftə prezident seçkilərində qalib gələcəyi təqdirdə hökumətdə islahatlar aparmaq üçün komissiya yaratmağa söz verib.
Komissiyaya İlon Mask rəhbərlik etməlidir.
“ABŞ-ın keçmiş prezidenti Tramp prezident seçkilərində qalib gəlsə, vəziyyəti düzəltmək şansımız olacaq, çünki Amerika sürətlə iflas edir. Müdafiə Nazirliyinin büdcəsi ildə bir trilyon dollar təşkil edir və milli borc üzrə faiz ödənişləri müdafiə büdcəsini sadəcə ötüb”, – Musk All-In podcast-da deyib.