ABŞ prezidenti Donald Tramp Amerika qüvvələrinin Suriyada Əl-Qaidə liderlərindən birinə qarşı hədəfli hava hücumu təşkil etdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Tramp özünün Truth sosial platformasında yazıb.
“Bu həftə sonu ABŞ qüvvələri Suriyada Əl-Qaidə üzvünə qarşı hədəfli hava hücumu həyata keçirib. Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi”, – Tramp yazıb.
O, həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurila və amerikalı hərbçiləri əməliyyatın uğurlu keçməsi münasibətilə təbrik edib.