Vətəninfo.az xəbər verir ki, ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə bildiriblər ki, qoşunların iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanılacaq.
Qeyd olunur ki, İsrailin Amerika hərbçilərinin Suriyada qalması üçün Vaşinqtona təzyiq etmək cəhdləri uğurlu olmayıb.
BBC xəbər verir ki, 2024-cü ilin dekabrında Pentaqon Suriyada 2000-ə yaxın Amerika əsgərinin olduğunu bildirib.
Donald Trampın Ağ Evə qayıtmasından sonra planlaşdırılmış qoşunların çıxarılması sürpriz olmamalıdır. ABŞ prezidenti uzun müddətdir ki, administrasiyasının təcrid doktrinasına uyğun olaraq Amerika qoşunlarını regiondan çıxaracağına söz verib.