image-reklam-veteninfo
image-1backend

ABŞ Suriyaya qarşı sanksiyaları 180 günlük dayandırır

image-reklam-veteninfo

ABŞ Suriyaya qarşı sanksiyaları 180 gün müddətinə dayandıracaq.

Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp administrasiyası Sezar qanununun Suriyaya qarşı sanksiyaları dayandırmağa imkan verən müddəalarından istifadə etmək niyyətindədir. “Bu istisnalar hər 180 gündən bir yenilənməlidir. İdeal olaraq, kifayət qədər irəliləyiş əldə etsək, qanunun tamamilə ləğv edilməsini istərdik. “Sanksiyalar altı ay ərzində geri qayıda bilsə, heç kimin ölkəyə sərmayə qoymasını gözləmək çətindir”, – Rubio qeyd edib.

Reuters agentliyinin məlumatına görə, qanunun ləğvi üçün Konqresin ayrıca qərar verməsi tələb olunur. Bununla belə, mövcud qanunvericilik prezident tərəfindən sanksiyaların dayandırılması imkanını nəzərdə tutur – milli təhlükəsizliklə bağlı əsaslar olduqda. Dövlət başçısı müəyyən və ya bütün məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldıraraq ümumi lisenziya da verə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki