Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Suriyaya hərbi personal göndərmək imkanını öyrənir.
Onun sözlərinə görə, indi Suriyada bir müddətdir ki, orada olan koalisiya qüvvələri istisna olmaqla, Amerika hərbçiləri yoxdur.
“Hazırda biz vəziyyəti qiymətləndirməyə davam edirik və müxtəlif vəzifələrdə, o cümlədən dövlət katibinin və digər ölkələrin şənbə günü elan etdiyi prinsiplərin həyata keçirilməsində iştirak etmək üçün Suriyaya hərbi personal göndərməyin nə vaxt doğru ola biləcəyini nəzərdən keçiririk”. -Miller bildirib.