ABŞ Türkiyəni və İranla əlaqəsi olan digər müttəfiqlərini Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək etməyə çağırır. Bu açıqlama ilə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk çıxış edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
Amerika səfiri qeyd edib ki, Vaşinqton “Həmas” və “Hizbullah”ın ali liderlərinin öldürülməsindən sonra İran və onun müttəfiqlərinin mümkün hücumlarının qarşısını almağa çalışır.
“Biz İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən Türkiyə də daxil olmaqla, gərginliyi azaltmağa razı salmalarını xahiş edirik”, -deyə o, İstanbulda jurnalistlərlə keçirdiyi dəyirmi masada Türkiyədəki diplomatik missiyasını yekunlaşdırarkən deyib.
Fleyk bildirib ki, Vaşinqtondakı türk diplomatlar vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün fəal şəkildə çalışırlar. O, gərginliyi azaltmağa çalışan Birləşmiş Ştatlardan “daha inamlı göründüklərini” söyləyib.
Qeyd edək ki, iyul ayından etibarən Yaxın Şərqdə vəziyyət kifayət qədər pisləşib. HƏMAS və “Hizbullah”ın ali liderlərinin öldürülməsindən sonra münaqişənin kəskinləşməsi daha da ciddiləşib. Bu, dünya ictimaiyyətinin İran və onun müttəfiqlərinin İsrailə qarşı genişmiqyaslı müharibəyə başlaması qorxusuna təsir edib.