image-1backend

ABŞ Ukrayna böhranına son qoymalıdır- respublikaçı senator

image-reklam_sirab_01

ABŞ-ın Ukrayna böhranına son qoymasının vaxtı çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə NBC telekanalına nüfuzlu respublikaçı senator, Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bildirib.

O, Ukrayna mövzusuna keçərək, Donald Trampın müharibəni bitirmək istədiyini vurğulayıb. “O, bir iş adamı kimi bu məqsədə aparacaq taktikalardan danışmayacaq. Amma başa düşmürəm ki, biz müharibənin bitməsini niyə istəmirik”, – deyə Rubio bildirib ki, Ukraynada vəziyyət dalana dirənib.

Eyni zamanda Rubio CNN-ə deyib ki, bundan sonra ABŞ praqmatik xarici siyasət yürüdəcək. Bundan başqa, o qeyd edib ki, Rusiya, Çin, İran və Şimali Koreya arasında sıx əlaqələr ABŞ üçün təhlükə yaradır və Rusiyanın Avropadakı hərəkətlərinə reaksiya verəcək. 

Marko Rubio ABŞ-ın yeni administrasiyasındakı mümkün səlahiyyətləri ilə bağlı sualdan yan keçib. Bununla belə, The Hill-in yazdığına görə, o, ABŞ dövlət katibi vəzifəsinə mümkün namizəddir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image