ABŞ-ın Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzker sentyabrda vəzifəsini tərk edəcək.Vətəninfo.az TASS-a istinadən xəbər verir ki , bu barədə “Avropa həqiqəti” məlumat yayıb.“Təəssüflə demək istəyirəm ki, Konqresin tələbləri mənim bu vəzifədə işləmə müddətimi bir ilə məhdudlaşdırır. Bu, mənim xüsusi nümayəndə kimi sonuncu səfərimdir, lakin mən bu missiyaya və bu işə sadiq qalıram”, – deyə Pritsker Kiyevdə jurnalistlərlə söhbətində bildirib.O, əmin edib ki, Amerika administrasiyası Ukraynanın bərpası üzərində işi davam etdirəcək. “Bu işə sadiq olan tək mən deyiləm, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın iqtisadi dirçəlişinə sadiqdir”, – Penni Pritzker vurğulayıb.


























