image-5backend

ABŞ Ukraynaya  200 milyon dollarlıq yeni yardım verəcək – Ostin

image-reklam_sirab_01

ABŞ lazım olduğu qədər Ukraynaya dəstək verəcək. Vətəninfo.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin NATO ölkələrinin müdafiə nazirləri rəhbərlərinin təmas qrupunun iclasında deyib.

Onun sözlərinə görə, Ukrayna “mütləq irəliləyir və mühüm əraziləri rus işğalçılarından azad etməkdə davam edir”. “Və indiki döyüşlər təhlükəsizliyin təmin edilməsində burada olanların hamısının köməyinin vacibliyini vurğulayır. Biz Ukraynaya cari problemlərini həll etmək üçün lazım olanı verməyə davam etməliyik”.

O, ABŞ-ın Ukraynaya 200 milyon dollar məbləğində yeni yardım paketi təqdim edəcəyini bildirib. “Buraya yaxın vaxtlarda Ukraynaya təhvil verəcəyimiz yeni hava hücumundan müdafiə sistemi üçün AIM-9M döyüş sursatı, həmçinin artilleriya və artilleriya sursatları, yüksək dəqiqlikli aviasiya sursatları, tank əleyhinə silahlar və Rusiya pilotsuz təyyarələrinə qarşı mübarizə aparan avadanlıqlar daxil olacaq. Müharibə başlayandan bəri Amerikanın öhdəliklərinin ümumi həcmi təxminən 43,6 milyard dollar təşkil edir.

Və mən fəxr edirəm ki, 50-yə yaxın ölkədən ibarət bu koalisiya Ukraynaya 33 milyard dollardan çox təhlükəsizlik yardımı göstərmək üçün bir araya gəlib. Ondan çox müttəfiqimiz Ukraynaya ÜDM-in faizinə görə ABŞ-dan daha çox vəsait ayırıb”, – o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image