image-1backend

ABŞ Ukraynaya daha 500 milyon dollar hərbi yardım etdi

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya 500 milyon dollarlıq əlavə hərbi yardım ayırdığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Dövlət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“(ABŞ) prezidenti Baydenin sentyabrın 26-da elan etdiyi artan təhlükəsizlik yardımının bir hissəsi olaraq, Birləşmiş Ştatlar Rusiyanın davamlı hücumlarından müdafiə edən ukraynalı tərəfdaşlarımıza təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və avadanlıq paketi təqdim edir”, – Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, əlavə 500 milyon dollarlıq yardım Müdafiə Nazirliyinin ehtiyatlarından gəlir.

Bildirilir ki, yeni yardım paketinə pilotsuz uçuş aparatları, HIMARS reaktiv yaylım atəşi sistemləri, 155 və 105 millimetrlik artilleriya sursatları, yüksək sürətli radar əleyhinə raketlər, pilotsuz uçuş aparatları, minaya davamlı maşınlar, yüksək hərəkət qabiliyyətinə malik maşınlar, yüngül taktiki maşınlar, bioloji, kimyəvi, radiasiya və nüvə müdafiə avadanlığı, Javelin və AT-4 sistemləri, kiçik döyüş sursatları, qumbaralar, təlim avadanlığı, həmçinin ehtiyat hissələri, yardımçı avadanlıqlar və s.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib ki, ABŞ prezidenti Co Bayden dekabrın 12-də Ukraynaya yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image