image-1backend

ABŞ Ukraynaya qoşun yeritməyəcək – Ağ Ev

image-reklam_sirab_01

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, Vaşinqton Ukraynaya hərbi personal, məsləhətçilər və təlimatçılar göndərmək niyyətində deyil.

Vətəninfo.az xəbər verir ki , bu barədə Sallivan prezident Co Baydeni Fransada müşayiət edən jurnalistlərə məlumat verib.

“Biz bir neçə dəfə demişik ki, ukraynalılara təlim keçmək üçün Ukrayna ərazisinə amerikalı hərbi müşavirlər, əsgərlər və təlimatçılar göndərməyi planlaşdırmırıq”, – deyə Sallivan bildirib.

O xatırladıb ki, minlərlə ukraynalı Almaniyadakı Amerika hərbi bazasında təlim keçir və Vaşinqton bunu davam etdirmək niyyətindədir.

Bayden müttəfiq qoşunlarının Normandiyada desantının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Fransaya gedir. Və gələn həftə Ağ Evin rəhbəri G7 ölkələrinin sammiti üçün İtaliyaya gedəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki