ABŞ Ukraynaya silah və sursat tədarükünü dayandırıb, lakin Kiyev hələ də döyüşləri davam etdirmək üçün kifayət qədər təchizata malikdir.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Hazırda heç nə təmin etmirik” dedi Tramp.
Onun sözlərinə görə, əvvəllər ötürülən hərbi yardım Vaşinqton və Moskva münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılığa gələnə qədər kifayət etməlidir.
“Bizə razılaşma lazımdır.” Əks halda hər şey davam edəcək”, – deyə o əlavə edib.
Bununla yanaşı, Tramp danışıqların dalana dirənəcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi yardımı bərpa edə biləcəyini istisna etməyib.