Vətəninfo.az xəbər verir ki, ABŞ Pentaqonunun rəhbəri Pit Hegset bildirib ki, ABŞ və Avropa tərəfdaşları Ukraynada müharibəyə son qoymaq niyyətindədir. O vurğulayıb ki, Avropa liderləri Rusiyaya aydın mesaj göndərir: müharibəni dayandırmaq vaxtıdır, əks halda ABŞ və müttəfiqləri təhlükəli nəticələrə hazır olmalıdır.
Hegset Koordinasiya Qrupunun Ukrayna müdafiəsi ilə bağlı iclasında deyib:
“Əgər bu müharibə sona çatmasa və yaxın perspektivdə sülh yolu görünməsə, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanı aqressiyasına görə məsuliyyətə cəlb edəcək.”
Pentaqon rəhbəri əlavə edib ki, ABŞ-ın hərbi nazirliyi Ukraynaya dəstəyi təmin etmək üçün yalnız ABŞ-ın bacara biləcəyi şəkildə fəaliyyət göstərəcək.
Hegsetin sözlərinə görə, Rusiya aqressiyasını dayandırmaq üçün ən effektiv vasitələr Avropanın rəhbərliyi altında fəaliyyət göstərən NATO-nun döyüş qabiliyyətli qüvvələri və Ukraynanın özünü müdafiə edə bilən ordusudur.