image-1backend

ABŞ və Çin ilk dəfə Braziliyada beynəlxalq hərbi təlimlərdə iştirak edir

image-reklam_sirab_01

ABŞ silahlı qüvvələri və Çin Xalq Azadlıq Ordusu (PLA) Braziliyada ilk dəfə beynəlxalq hərbi təlimlərdə iştirak edir.

Vətəninfo.az-ın məlumatına görə , bu barədə Braziliya Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən “South China Morning Post” məlumat yayıb.

Braziliya ərazisində ölkə silahlı qüvvələrinin rəhbərliyi ilə “Formosa” hərbi təlimləri keçiriləcək.

“Formosa” təlimləri 1988-ci ildən Braziliyada keçirilir. bu dəfə onlara bir neçə ölkədən 3000 hərbçi yerləşdirilib. Təlimlər sentyabrın 17-dək davam edəcək. 

Ötən il də təlimlərdə ABŞ hərbçiləri iştirak edib, Çin Xalq Respublikasının nümayəndələri isə müşahidəçi qismində iştirak ediblər.

ABŞ və Çin hərbçiləri ÇXR-in ABŞ-ın təşkil etdiyi RIMPAC təliminə qoşulduğu 2016-cı ildən bəri ilk dəfə birgə hərbi təlimlərdə iştirak edir.

“Jornal de Noticias” qəzetinin məlumatına görə, təlimlərə ABŞ və Çin hərbçiləri ilə yanaşı Argentina, İtaliya, Meksika, Nigeriya, Pakistan, Konqo Respublikası, Fransa və AAU qüvvələri də cəlb olunub.

Hərbçilər hava məkanına nəzarət etmək, nüvə, kimyəvi və bioloji təhlükələri müəyyən etmək üçün təlimlər keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki