image-reklam-veteninfo
image-1backend

ABŞ və İsrail İranın quru yollarını da bağlamaq istəyirlər

image-reklam-veteninfo

ABŞ və İsrail İranın mümkün quru blokadasını müzakirə edirlər. Vətəninfo.az xəbər verir ki, bu barədə  “The Telegraph” nəşri yazıb.

“Vaşinqton və Təl-Əviv İranın idxal və ixracını məhdudlaşdırmaq üçün onun qonşu ölkələrdən keçən sərhəd keçidlərini məhdudlaşdırmağı düşünür. Lakin ekspertlər bu ssenarinin həyata keçirilməsini olduqca çətin hesab edirlər”, – deyə nəşr qeyd edib.

Plan Tehranın ancaq Türkmənistan, İraq və Pakistan kimi qonşularına sərhəd keçidlərini bağlamaq nəzərdə tutur.

Xatırladaq ki, ABŞ iyulun əvvəlində artıq İran-Türkmənistan sərhəddindəki infrastrukturu vurmuşdu.

İranın Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhədləri hələ nəzərdə tutulmur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki