image-reklam-veteninfo
image-1backend

ABŞ və Qətər 1,2 trilyon dollarlıq müqavilə imzalayıb

image-reklam-veteninfo

ABŞ və Qətər 1,2 trilyon dollarlıq müqavilə imzalayıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə Ağ Evin izahat sənədində deyilir.

“Bu gün Qətərdə ABŞ prezidenti Donald Tramp Qətərlə ən azı 1,2 trilyon dollarlıq iqtisadi dövriyyəyə dair müqavilə imzalayıb”. Prezident Tramp həmçinin Birləşmiş Ştatlar və Qətər arasında 243,5 milyard dollardan çox iqtisadi əməliyyatlar, o cümlədən Boeing təyyarələri və GE Aerospace mühərriklərinin Qatar Airways-ə tarixi satışını açıqlayıb”, – Ağ Evdən bildiriblər.

Beləliklə, Qatar Airways 96 milyard ABŞ dollarına 210 müasir Boeing 787 Dreamliner və 777X təyyarəsi alacaq. Eyni zamanda, sazişi imzaladıqdan sonra Tramp bəyan edib ki, sövdələşmə 200 milyard dollara 160-dan çox təyyarənin alınmasını nəzərdə tutur. Bundan əlavə, Qətər Amerikanın General Atomics şirkətindən 2 milyard dollara səkkiz MQ-9B uzunmüddətli pilotsuz uçuş aparatı alacaq. Monarxiya həmçinin Amerikanın Raytheon Korporasiyasından 1 milyard dollar dəyərində pilotsuz uçuş aparatları alacaq.

ABŞ və Qətər ikitərəfli hərbi əlaqələrini gücləndirmək barədə razılığa gəliblər və 38 milyard dollardan çox sərmayə yatıra bilərlər. Bu pulun bir hissəsi Qətərdəki, Yaxın Şərqin ən böyük Əl-Udeid aviabazasına gedəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki