image-1backend

ABŞ və Rusiya nümayəndə heyəti danışıqlara başladı

image-reklam_sirab_01

ABŞ nümayəndələri Rusiya ilə iki ölkənin diplomatik missiyalarının işi, eləcə də Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələri davam etdirirlər. Vətəninfo.az  Amerika KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz bildirib.

“Dövlət katibi Rubionun komandası Rusiya ilə səfirliyin fəaliyyətinin genişləndirilməsi ilə bağlı işçi səviyyədə görüşüb”. Əgər danışıqlarda irəli getmək niyyətindəyiksə, səfirliklərimiz işləməlidir. “Həmin müzakirələr aparılır.
Uolz əlavə edib ki, prezident Donald Trampın “məkik diplomatiyası”nın köməyi ilə ABŞ Ukrayna nizamlanmasında irəliləmək niyyətindədir.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarında Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ-ı isə milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz, dövlət katibi Marko Rubio və prezidentin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Ukrani də münaqişənin nizamlanmasına dair müzakirələr aparıb .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image