ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski 10 illik təhlükəsizlik sazişi imzalayıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters xəbər verir.
“Tərəflər başa düşürlər ki, bu saziş Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına mümkün üzvlüyü üçün körpü rolunu oynayır”, – sənədin mətnində deyilir.
Vaşinqton və Kiyev razılaşıb ki, “Ukraynaya qarşı hücum və ya hücum təhlükəsi” olarsa, iki ölkənin yüksək rütbəli rəsmiləri cavab tədbirlərini müzakirə etmək və Ukraynanın hansı əlavə müdafiəyə ehtiyacı olduğunu müəyyən etmək üçün 24 saat ərzində görüşəcəklər.