ABŞ və Ukrayna arasında yeni danışıqlar raundunun bu həftə sonu keçiriləcəyi gözlənilir. Vətəninfo.az xəbər verir ki, məlumatı “Axios” qəzeti yayıb. Danışıqlarda hər iki tərəfin işçi qruplarının nümayəndələrinin iştirak edəcəyi bildirilib.
Gözlənilir ki, görüş ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək. Danışıqlar zamanı iştirakçılar xəritələri öyrənəcək və ərazi məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, danışıqların əvvəlki mərhələsi 14-15 dekabr tarixlərində Berlində baş tutmuşdu. Bu mərhələdə “açıq-aşkar irəliləyiş” müşahidə olunsa da, ərazi məsələləri ilə bağlı əhəmiyyətli problemlər hələ də qalmaqdadır.


























