image-1backend

ABŞ və Yaponiya liderləri fevralın 7-də görüş keçirməyi planlaşdırır

image-reklam_sirab_01

ABŞ və Yaponiya iki ölkənin liderləri Donald Tramp və Şiqeru İşiba arasında görüş planlaşdırmaqda son mərhələdədir. Görüşün fevralın 7-də Vaşinqtonda keçirilməsi planlaşdırılır. Vətəninfo.az xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” nəşri hər iki ölkədəki mənbələrinə istinadən məlumat yayıb.Nəşrin məlumatına görə, ABŞ prezidenti və Yaponiyanın baş naziri təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, İşibanın Trampla şəxsi münasibət qurmaq və Yaponiya-ABŞ müttəfiqliyinin daha da dərinləşdirilməsi barədə razılığa gəlmək istədiyi qeyd edilir.Öz növbəsində, Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Reuters-ə bildirib ki, görüşün tarixi ilə bağlı yekun qərar yoxdur və qrafik hələ razılaşdırılma mərhələsindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image