image-reklam-veteninfo
image-1backend

ABŞ Yaponiyaya strateji bombardmançı təyyarələr yerləşdirir

image-reklam-veteninfo

Amerikanın B-1B Lancer strateji bombardmançılarından ibarət qrup Yaponiyanın şimalındakı Misava aviabazasına gəlib.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Komandanlığın rəsmi saytında dərc edilmiş bəyanatda qeyd edildiyi kimi, yerləşdirmə Yaponiya ilə güclü təhlükəsizlik əməkdaşlığını əks etdirir və Hind-Sakit okean regionunda istənilən çağırışa tez və qətiyyətlə cavab vermək üçün birgə qabiliyyəti gücləndirir.

Təyyarə regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş strateji çəkindirmə missiyası çərçivəsində müttəfiqlərlə təlimlərdə iştirak edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki